Prezident İlham Əliyev: Doqquz ayda Azərbaycan iqtisadiyyatı təxminən 5 faiz, qeyri-neft sənayesi isə 20 faiz artıb

Bu gün Azərbaycan iqtisadiyyatı pandemiya böhranından sonra dirçəlib. Doqquz ayın rəqəmləri müsbətdir, iqtisadiyyat təxminən 5 faiz artıb, sənaye də artıb, qeyri-neft sənayesi isə təxminən 20 faiz artıb.

Trend xəbər verir ki, bu rəqəmləri Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.

Dövlətimizin başçısı deyib ki, bütün bu bərpa işləri böyük vəsait tələb etsə də, bunu öz imkanlarımız çərçivəsində edəcəyik: “Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir”.

Teqlər: