Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar.
AzerTimes-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində azad olunmuş ərazilərə səfərdən görüntülər paylaşıb
Görüntülərdə dövlət başçısı bildirir:
“Dırnaqarası “Arsax” dövləti cəhənnəmə getdi.
Dövlət idisə, niyə daş-daş üstünə qoyulmayıb? Çünki bilirdilər ki, bu torpaq onların deyil. Bura Azərbaycanındır!”.