Bütün məsələlərdə bütün dövlət məmurları, mərkəzi, yerli icra
orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək
göstərməlidirlər. Bu, bizim borcumuzdur.
AzerTimes-ın məlumatına görə,
bunu Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid
ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin
açılışında çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib ki, bizim əsas borcumuz
erməniləri torpaqlarımızdan qovmaq idi və buna nail olduq. İndi isə
şəhidlərimizin yaxınlarına diqqət göstərmək hər bir dövlət
məmurunun borcudur və cəmiyyətdə bu məsələ ilə bağlı tam həmrəylik
var.
“Nəinki dövlət qurumları, istənilən insan çalışır ki, şəhid
ailəsinə hansısa bir kömək göstərsin. Bizim qazilərimiz də çox
olub. On mindən çox yaralı əsgər-zabitimiz olub. Onların da
sağalması prosesi gedir. Onlar üçün artıq son model olan iki yüz
protez təşkil edilib və onlar normal həyata qayıdıblar. Dövlət öz
üzərinə nə düşürsə etməlidir və edəcək”, – deyə Prezident İlham
Əliyev əlavə edib.