Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq,
əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi
yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan
vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük
xoşbəxtlikdir.
Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya
Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
“Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız
tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz
xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər,
vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi
müjdəni Azərbaycan xalqına bəxş etmişlər”, – deyə dövlətimizin
başçısı vurğulayıb.