Prezident İlham Əliyev: Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir

Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının
Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu,
təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya
azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər
adı xalqımıza çox yaraşır.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşa
şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı
bildirib.

Dövlətimizin başçısı deyib: “Siz buraya Zəfər yolu ilə
gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin
müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər
muzeyləri inşa edilir”.

Teqlər: