Prezident İlham Əliyev: Bu gün gözəl Zəngilan torpağında həyat qururuq

Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm
milli ləyaqətimizi bərpa etdik. Bu gün, bax, bu gözəl Zəngilan
torpağında həyat qururuq.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan
rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə
çıxış edərkən söyləyib.

Zəngilana, başqa yerlərə, Şuşaya həyatın qayıtdığını vurğulayan
dövlətimiz başçısı deyib: “İndi yol boyunca gələn hər bir adam
dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd
zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il
istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu
il götürüləcək”

Teqlər: