Prezident İlham Əliyev: Brüsseldəki görüşün nəticələrini müsbət hesab edirəm

Brüsseldəki görüşün nəticələrini müsbət hesab edirəm.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 19-da
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo
Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Mən ümumilikdə Brüsseldəki görüşün nəticələrini müsbət hesab
edirəm. Mən bunu aprelin 12-də ictimaiyyətə açıqladım. Növbəti gün
Ermənistanın baş naziri də normallaşma prosesi və Ermənistanın
Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul etməsi barədə açıq
şəkildə danışdı. Bu, prosesdə həqiqətən də daha bir dönüş
nöqtəsidir. Düşünürəm ki, müsbət şərhlərdir. İndi hər iki tərəfin
bu rəsmi açıqlamasından sonra biz ciddiyyətimizi masa üzərində
sübuta yetirməliyik. Burada biz Avropa İttifaqının, xüsusilə də
artıq prosesə dərindən cəlb olunmuş Prezident Şarl Mişelin
səylərinə çox ümid edirik. O, artıq prosesə çox yaxşı bələddir.
Düşünürəm ki, bu, uğurlu danışıqlar üçün çox ümidverici mühit
yaradır. Beləliklə, biz bu gün bunu daha ətraflı şəkildə müzakirə
edəcəyik. Sadəcə, bizim mövqeyimizə görə, Brüsseldə baş verənlərlə
və aprelin 6-dan sonra baş verən hadisələrlə bağlı rəsmi
mövqeyimizi ifadə etmək istədim”.

Teqlər: