Avtomobil yoluna gəldikdə, Azərbaycan tərəfindən fəal tikinti
işləri gedir və yolun böyük hissəsi artıq inşa olunub. Biz,
həmçinin ümid edirik, yəqin ki, növbəti ilin sonuna kimi
avtomagistralı Ermənistan sərhədinə çatdıracağıq. Lakin təəssüf ki,
Brüssel görüşü zamanı Ermənistanın baş naziri coğrafi koordinatları
qeyd etməmişdir.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 19-da
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo
Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
“Mən fevralın 4-də videokonfrans vasitəsilə keçirilən görüşdə bu
məsələni qaldırdım, lakin cavab olmadı. Aprelin 6-da mən yenidən
yolun coğrafi koordinatlarının təqdim edilməsini istədim, lakin
cavab olmadı. Ümidvaram ki, tezliklə onu əldə edəcəyik.
Lakin mən ümumilikdə Brüsseldəki görüşün nəticələrini müsbət
hesab edirəm. Mən bunu aprelin 12-də ictimaiyyətə açıqladım.
Növbəti gün Ermənistanın baş naziri də normallaşma prosesi və
Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul etməsi
barədə açıq şəkildə danışdı. Bu, prosesdə həqiqətən də daha bir
dönüş nöqtəsidir. Düşünürəm ki, müsbət şərhlərdir. İndi hər iki
tərəfin bu rəsmi açıqlamasından sonra biz ciddiyyətimizi masa
üzərində sübuta yetirməliyik. Burada biz Avropa İttifaqının,
xüsusilə də artıq prosesə dərindən cəlb olunmuş Prezident Şarl
Mişelin səylərinə çox ümid edirik. O, artıq prosesə çox yaxşı
bələddir. Düşünürəm ki, bu, uğurlu danışıqlar üçün çox ümidverici
mühit yaradır. Beləliklə, biz bu gün bunu daha ətraflı şəkildə
müzakirə edəcəyik. Sadəcə, bizim mövqeyimizə görə, Brüsseldə baş
verənlərlə və aprelin 6-dan sonra baş verən hadisələrlə bağlı rəsmi
mövqeyimizi ifadə etmək istədim”.