Prezident İlham Əliyev bizlərə əvəzsiz sevinc, əbədi qürur bəxş edib – Zəngilan sakinləri doğma kəndlərində (FOTO/VİDEO)

Zəngilan rayon Dəlləkli kənd sakinləri – Çingiz Alməmmədov və
Təranə Həsənova doğulduqları kənddəki evlərini ziyarət ediblər.

AzerTimes-ın Qarabağ bürosunun çəkiliş qrupu prosesi lentə alıb.
Keçmiş məcburi köçkünlər gördükləri mənzərədən, erməni
vəhşiliklərindən dəhşətə gəliblər. Erməni vandallarının işğal
dövründə yerlə yeksan etdiyi evlərinə baş çəkən T.Həsənova və onun
qardaşı Ç.Alməmmədov bildirib ki, onlar bu kənddə doğulub və 10
ildən bir qədər çox bu evdə yaşayıblar.

Daha sonra isə erməni işğalı nəticəsində öz doğma yurdlarından
didərgin düşüblər. Valideynləri yurd həsrəti ilə dünyadan köçüb.
T.Həsənova və Ç.Alməmmədov torpaqlarımızın işğaldan azad edilməsinə
və doğma kəndlərinə gəlmək imkanı yaradılmasına görə Prezident
İlham Əliyevə təşəkkürlərini bildiriblər:

“Biz 30 ilə yaxın torpaq həsrəti çəkdik. Bu gün çox xoşbəxtik.
Çünki, artıq ərazi bütövlüüyümüz bərpa edilib. Evlərimizə
qayıdırıq. Bunun üçün dövlətimizə, Müzəffər Ali Baş Komandan İlham
Əliyevə, ordumuza, hərbçilərimizə minnətdarıq. Prezident İlham
Əliyev bizlərə əvəzsiz sevinc yaşatdı, ömrümüzün sonuna kimi fəxr
və qürurla yaşayacağıq”. Keçmiş məcburi köçkünlər əlavə ediblər ki,
Zəfərlə başa çatan Vətən Müharibəsindən sonra başıuca gəzirlər,
Qələbə sevinci onların uzun illik niskilini unutdurur.


Trend TV-nin Zəngilan rayon Dəlləkli kəndindən hazırladığı
videoreportajı təqdim edirik.

Teqlər: