Biz istərdik, UNESCO-nun nümayəndələri də işğaldan azad olunmuş
ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz
gözləri ilə görsünlər.
AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev ICESCO-nun
Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edərkən deyib.
Prezident İlham Əliyev Azərbaycanın uzun illər ISESCO ilə
səmərəli və uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq,
torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğu, eləcə də 44
günlük müharibə dövründə ISESCO-nun ölkəmizin ədalətli mövqeyini
davamlı dəstəklədiyinə görə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı qeyd etdi ki, biz istərdik, UNESCO-nun
nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək
ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər.
Lakin əfsuslar olsun ki, müharibənin bitməsindən il yarımdan artıq
vaxt keçməsinə baxmayaraq, bu təşkilatın nümayəndələri həmin
ərazilərə səfər etməyiblər. Prezident İlham Əliyev qeyd etdi ki,
ermənilər tərəfindən ölkəmizə vurulan maddi ziyanın
qiymətləndirilməsində və bunun beynəlxalq ictimaiyyətə
çatdırılmasında ISESCO-nun fəaliyyəti və onun ekspertlərinin
iştirakı önəmli rol oynaya bilər.