Azad edilmiş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq Azərbaycan gələcəyə baxmağa hazırdır.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı deyib.
Dövlət başçısı bildirib: “Münaqişə başa çatdıqdan sonra, Azərbaycanın münaqişəni həll etməsindən sonra, biz gələcəyə baxmalıyıq. İşğala və azad edilmiş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq Azərbaycan gələcəyə baxmağa hazırdır. Ümid edirəm ki, bizim Cənubi Qafqazda fəal əməkdaşlıq barədə danışa biləcəyimiz vaxt gələcək”.