Prezident İlham Əliyev: Biz Ermənistanla münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik

Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz
münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək
istəyirik.

AzerTimes xəbər verir ki, bunu
Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas
Nauseda ilə geniş tərkibdə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib: “Biz Avropa İttifaqı ilə sıx əlaqələrə
dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun
hökumətinə, Prezidentinə minnətdarıq. Əlbəttə ki, bu yaxşı
fürsətdən istifadə edərək ikitərəfli əlaqələri gücləndirməliyik.
Həmçinin biz regional vəziyyəti, Azərbaycanla Ermənistan arasında
münasibətlərin normallaşması prosesini geniş müzakirə etdik.
Bilirəm ki, Azərbaycandan sonra Prezident Ermənistana səfər edəcək.
Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra onda tam
təsəvvür formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır. Biz
Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri
normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik.
Beləliklə, cənab Prezident, nümayəndə heyətlərinin üzvləri arasında
müzakirə olunmalı çox məsələlər var”.

Teqlər: