Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə Ermənistanla sərhədlərin delimitasiyası barədə danışıqlara başlamağa, hətta sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq.
AzerTimes-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.