Prezident İlham Əliyev: Biz bütün ölkələr üçün peyvəndlərə əlçatanlığın təmin olunmasına xidmət edən təşəbbüsləri dəstəkləyirik

Biz bütün ölkələr üçün COVID-19 peyvəndlərinin məqbul qiymətə,
bərabər, universal və vaxtında əlçatanlığın təmin olunmasına xidmət
edən COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən
Bazar Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri
yüksək qiymətləndirir və dəstəkləyirik.

AzerTimes xəbər verir
ki, bu barədə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri
İlham Əliyev BMT Baş Assambleyasının sədrinin təşkil etdiyi yüksək
səviyyəli tematik müzakirələr zamanı videoformatda təqdim olunan
çıxışında bildirib.

Bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti
tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq
peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması
məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələrinin vacibliyini
vurğulayan dövlətimizin başçısı deyib: “COVID-19 əleyhinə
peyvəndlərin məqbul qiymətə, vaxtında, bərabər və universal
əlçatanlığına mane ola biləcək möhtəkirliyin, lazımsız ixrac
nəzarətinin və lüzumsuz artıq tədarükün qarşısının alınması ilə
bağlı ölkələr tərəfindən təcili addımların atılması eyni dərəcədə
əhəmiyyətlidir”.

Teqlər: