Prezident İlham Əliyev: Biz bütün dünyaya sübut etdik ki, Azərbaycan xalqı böyük xalqdır

Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız
addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq dayanırdı. Biz
buna öz gücümüzlə nail olduq.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşa
şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı
söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, məhz buna görə ordu
quruculuğu sürətlə aparılıb, Azərbaycan müasir ordu yaradıb, məhz
buna görə gənc nəsil vətənpərvərlik və düşmənə nifrət ruhunda
tərbiyə olunurdu.

“Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz
gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa
etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan
xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi”, – deyə Prezident
İlham Əliyev deyib.

Teqlər: