Prezident İlham Əliyev beynəlxalq təşkilatların 30 ildə görə bilmədiyi işi 44 gündə reallığa çevirdi – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri həmin ərazilərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, dövlət başçısı hər səfərində infrastruktur obyektləri, əhəmiyyətli layihələrin təməlini qoyur ki, bütün bunlar erməni vandalları tərəfindən viran qoyulmuş ərazilərimizin qısa zamanda bərpasını və regionun inkişafını təmin edəcək:

“Cənab Prezident İlham Əliyev Füzuli rayonuna səfəri zamanı Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yollarının təməlini qoydu. Bu və ümumilikldə işğaldan azad olunan ərazilərdə çəkilən yeni avtomobil yolları Qarabağımızın inkişafında mühüm rol oynayacaq. İqtisadiyyat da, mədəniyyət də, inkişaf da yoldan başlayır. Bu kimi layihələr onu deməyə əsas verir ki, Cənab Prezident çıxışlarında qeyd etdiyi kimi, qısa zamanda düşmən terroru, vandalizmi nəticəsində viran qalan ərazilərimizdə bütün infrastruktur obyektləri fəaliyyət göstərəcək və orada vətəndaşlarımızın yaşayışı, təhlükəsizliyi üçün bütün lazimi tədbirlər görüləcək”.

İ.Yusifov onu da bildirib ki, Prezident İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində Azıx mağarasında olan zaman “Biz bütün zirvələri qət edəcəyik” ifadəsi hər bir azərbaycanlının həyatında mühüm yer tutur:

“Dövlət başçısı cənab İlham Əliyev “Qarabağ Azərbaycandır!” Şüarı ilə milli birliyimizi, həmrəyliyimizi, haqqı-ədaləti, beynəlxalq təşkilatların 30 ildə görə bilmədiyi işi 44 gündə reallığa çevirdi. Hər bir azərbaycanlının sınmış qürurunu özünə qaytardı. Artıq nəinki regionda, dünyada olan bütün həmvətənlərimiz artıq qalib xalqın vətəndaşıdır. Bizə bu qələbəni yaşadan başda cənab Prezident İlham Əliyev olmaqla, mübariz və müzəffər Azərbaycan Ordusu ilə hər birimiz fəxr edirik. İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 17 illik dövrdə ölkəmiz bir sıra zərəflərə imza atıb, ilkləri reallaşdırıb və sözün həqiqi mənasında bütün sahələrdə zirvələrdən zirvələrə ucalıb. Bu nəaliyyətlərin əldə edilməsi asan məsələ deyil. Buna aman verməyən daxili və xarici amillər var. Hamı bunu bilir. Ancaq Cənab Prezident İlham Əliyev bütün çətinliklərə baxmayaraq liderlik bacarığı və qətiyyətlə dövlətimizin və dövlətçiliyimizin inkişafı üçün əlindən gələni əsirgəmir”.

Millət vəkili dövlət başçısının Şuşaya növbəti səfəri zamanı verdiyi mesajların xüsusi əhəmiyyətindən danışıb: “Dövlətimizin başçısı Şuşaya səfəri zamanı erməni vandallarının törətdikləri terror barəsində hər zaman geniş və əhatəli məlumat verir. Şuşaya səfəri zamanı ermənilər tərəfindən dövlət başçısı ermənilərin ekoloji terrorunu dünyaya bəyan etmiş oldu. Bu gün dünya ölkələri içməli su problemi ilə üz-üzə qalıb. Bir sıra beynəlxalq təşkilatlar su qıtlığının aradan qaldırılması yolları barəsində ciddi lahiyələr üzərində iş aparırlar. Belə bir halda düşmən bulaqların qurudulması siyasətinə əl atıb və ekoloji terrorla öz məkirli siyasətini həyata keçirib”.

İ.Yusifov Şuşada Vaqifin məqbərəsinin Heydər Əliyev Fondu tərəfindən yenidən təmir olunmasının əhəmiyyətli hadisə olduğunu bildirib. O qeyd edib ki, Şuşada olan bütün mədəni və tarixi abidələrin bərpası və bu işlərdə Heydər Əliyev Fondunun yaxından iştirak etməsi görülən işlərin daha yüksək səviyyədə və xüsusi zövqlə həyata keçirilməsindən xəbər verir:

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun rəhbəri kimi mədəni irsin qorunmasında xüsusi rol oynayır. Fond fəaliyyəti dövründə daim bu məsələni diqqətdə saxlayıb. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə mədəni irsin qorunması, tarixi abidələrin bərpası və dünyada tanıdılması istiqamətində həyata keçirdiyi işlər bu dövr ərzində yüksək qiymətləndirilir. Şuşada olan mədəni və tarixi abidələrin bərpası və yenidən qurulması işində Heydər Əliyev Fondunun iştirakı bütün bu işlərin xüsusi zövq və yüksək səviyyədə həyata keçirəcəyini deməyə əsas verir”.

Teqlər: