Bu gün imzalanmış Müttəfiqlik haqqında Birgə Bəyannamə əlaqələrimizi, münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır.
Trend xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatı zamanı söyləyib.
Dövlətimizin başçısı deyib:
“Bu günün imzalanan bəyannəmənin adı müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsidir. İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bu ad öz-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Bu gün biz keyfiyyətcə yeni əlaqələr qurmuşuq. Və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır”.