Prezident İlham Əliyev: Azərbaycanla İtaliya arasında çox güclü siyasi əlaqələr tərəfdaşlığımızın güclü təməlini təşkil edir

Gündəlikdə duran məsələlərin sayının artması Azərbaycan-İtaliya
əməkdaşlığının çox yaxşı əlamətidir. Əlbəttə ki, ölkələrimiz
arasında çox güclü siyası əlaqələr tərəfdaşlığımızın güclü təməlini
təşkil edir.

AzerTimes-ın məlumatına görə,
bunu Prezident İlham Əliyev İtaliya Respublikasının xarici işlər və
beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi
nümayəndə heyəti ilə görüşündə söyləyib.

“2014-cü və 2020-ci illərdə biz strateji tərəfdaşlıq üzrə iki
mühüm bəyannamə imzaladıq. Bu da yaxın dost olmaq üçün qarşılıqlı
iradənin mövcud olduğunu göstərir və biz artıq yaxın dostuq.
Əlbəttə ki, mənim iki il bundan əvvəl İtaliyaya səfərim və 2018-ci
ildə Prezident Mattarellanın Azərbaycana səfəri ilə bağlı çox yaxşı
xatirələrim var. Səfərlər, müzakirələr və sənədlər – bunlar
ölkələrimiz arasında güclü əlaqələrin olduğunu göstərir”, – deyə
dövlət başçısı vurğulayıb.

Teqlər: