Prezident İlham Əliyev: Azərbaycanın isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir, əminəm ki, daha çox olacaq

Azərbaycanın isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Ən böyük yataq olan “Şahdəniz”də bir trilyon kubmetr qaz ehtiyatı var. Əminəm ki, daha çox olacaq.

Trend xəbər verir ki, bu faktları Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışında diqqətə çatdırıb.

Dövlətimizin başçısı qeyd edib ki, “Şahdəniz” bu vaxtadək Cənub Qaz Dəhlizinə töhfə verən yeganə yataqdır. Lakin digər layihələr üzərində də iş gedir.

“Ümid edirik ki, ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılacaq. Ola bilsin, bir ildən də az müddətdə. İş mərhələlərlə aparılacaq. “Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Bu, böyük bir həcm deyil. Lakin düşünürəm ki, bəzi ölkələr üçün əhəmiyyətli göstəricidir. Bu, bizim də artan tələbatımızı qarşılaya bilər və həmçinin ixrac imkanlarını da təmin edə bilər”, – deyə Azərbaycan Prezidenti əlavə edib.

Teqlər: