Azərbaycan Respublikası xalqın iradəsi və maraqları əsasında
müstəqil siyasət yürüdən dövlətdir
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransa
Prezidenti Emmanuel Makrona ünvanladığı təbrik məktubunda qeyd
edib.
Dövlət başçısı bildirib:
“Müxtəlif sivilizasiyalara, mədəniyyətlərə və dinlərə mənsub
xalqların tarixən birgə və mehriban yaşadığı Azərbaycan
Respublikası xalqın iradəsi və maraqları əsasında müstəqil siyasət
yürüdən dövlətdir. Azərbaycan öz tarixi, əzəli torpaqlarının
Ermənistan tərəfindən işğalına son qoyaraq ərazi bütövlüyünü təmin
etmiş, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmişdi. Otuz
illik təcavüzün bitməsi yeni geosiyasi reallığa uyğun olaraq
regionda əməkdaşlıq üçün imkanlar yaratmışdı. Bu baxımdan
nəqliyyat-kommunikasiya xətlərinin açılması bölgəmiz üçün böyük
iqtisadi perspektivlər vəd edir”.