Prezident İlham Əliyev: Azərbaycan hər zaman münaqişənin tez tənzimlənməsində maraqlı olub

Azərbaycan hər zaman münaqişənin tez tənzimlənməsində maraqlı olub.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: “Azərbaycanın konstruktiv mövqeyi olub. Azərbaycan hər zaman münaqişənin tez tənzimlənməsində maraqlı olub, çünki biz zərərçəkən tərəf idik. Danışıqlar zamanı mən hiss edirdim ki, Ermənistan bunun həllini istəmir. Onlar deyir ki, bunu istəyirlər, amma həllin olmaması üçün hər şey edirlər”.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın əvvəlki hökumətinin taktikası hansısa prosesə sahib olmaq, danışıqları imitasiya etmək, bir şeyə razılaşıb, digərinə razılaşmamaq və məsələ həlledici addıma çatanda geri addım atmaqdan ibarət idi.

Teqlər: