Prezident İlham Əliyev: Azərbaycan artıq xarici yardımı və ya beynəlxalq kreditləri alan ölkə deyil

Azərbaycan artıq xarici yardımı və ya beynəlxalq kreditləri alan
ölkə deyil.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham
Əliyev Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes
forumunda çıxışı zamanı deyib.

“Bəli, biz kreditləri götürürük, lakin onları yalnız yüksək
texnoloji layihələrə cəlb edirik. Eyni zamanda, biz donora
çevrilmişik. Biz özümüz kredit ayırırıq. Ehtiyatlarımız isə xarici
borcumuzu bir neçə ay ərzində sıfıra endirə bilər. Bu, yaxşı
iqtisadi vəziyyətdən xəbər verir və gələcək islahatlarımızı
lazımınca planlaşdırmağa imkan yaradır”, – deyə Prezident İlham
Əliyev bildirib.

Teqlər: