Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda idman inkişaf etməlidir

Azad edilmiş torpaqlarda idman inkişaf etməlidir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 17-də
23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci
Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Biz indidən bu işlərlə məşğul oluruq. Stadionlar, idman
kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş
bütün şəhərlərin baş planlarında da öz əksini tapır. İndidən
federasiyalar, Gənclər və İdman Nazirliyi artıq layihələri təqdim
etməlidir. Çünki şəhərlərin baş planlarında idman qurğularının
yerləşməsi nəzərdə tutulur. Amma bunlar hansı formada olacaq,
memarlığı necə olacaq, bunu artıq müvafiq federasiyalar, Gənclər və
İdman Nazirliyi təqdim etməlidir”.

Teqlər: