Prezident İlham Əliyev: Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşma var

Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi
yolları ilə bağlı qarşılıqlı anlaşma var.


Trend
xəbər verir ki, bunu Prezident İlham Əliyev Litva
Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə
görüşü zamanı deyib.

Dövlət başçısı bildirib: “Biz Avropa İttifaqı ilə sıx əlaqələrə
dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun
hökumətinə, Prezidentinə minnətdarıq. Əlbəttə ki, bu yaxşı
fürsətdən istifadə edərək ikitərəfli əlaqələri gücləndirməliyik.
Həmçinin biz regional vəziyyəti, Azərbaycanla Ermənistan arasında
münasibətlərin normallaşması prosesini geniş müzakirə etdik.
Bilirəm ki, Azərbaycandan sonra Prezident Ermənistana səfər edəcək.
Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra onda tam
təsəvvür formalaşacaq”.

Teqlər: