Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Almaniyanın qərbində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.
Prezident İlham Əliyev, həmçinin Belçikalıların Kralı Əlahəzrət Filipə də başsağlığı verib
Məktubda deyilir:
“Əlahəzrət,
Ölkənizdə baş vermiş daşqınlar nəticəsində çox sayda insanın həlak olması və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm”.