Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, ictimaiyyət nümayəndələri ilə görüşüb

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub.

Trend xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

Sonra dövlətimizin başçısı şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, ağac əkib.

Teqlər: