Xəbər - Elçin Mehdiyev – Trend:
Prezident İlham Əliyev adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran bir lider, bütün addımlarında Azərbaycanın, xalqın milli maraqlarını ən yüksədə tutaraq xalqın böyük sevigisini qazanmış bir dövlət başçısıdır.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz tarixdə olmadığı qədər böyük naliyyətlər əldə edib, sürətli iqtisadi inkişafa, həmrəy cəmiyyətə və güclü orduya malik qüdrətli bir ölkəyə çevrilib:
“2003-cü ildə xalq cənab İlham Əliyevə səs verməklə öz gələcək müqəddaratını həll etdi, sabitliyə, inkişafa, insanlarımızın rifahına, ölkəmizin qüdrətlənməsinə səs verdi. Prezident İlham Əliyev Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoydu və ilk gündən etibarən “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri cənab Prezidentin fəaliyyətində əsas prinsipə çevrildi.
Cənab İlham Əliyev Prezident seçildiyi dövrdə ölkəmizin qarşısında həllini gözləyən çox mühüm və mürəkkəb məsələlər dayanırdı. demək olar ki, bütün sahələrdə əməli işlərin görülməsinə, uzun zamandan yığıb qalan problemnlərin həllinə ehtiyac var idi. İqtisadi inkişafın təmin edilməsi, işsizliyin, yoxsulluğun aradan qaldırılması, çadır şəhərciklərinin ləğvi, infrastruktur layihələrinin həyata keçirilməsi, regionların inkişafı, insanlarımızın sosial müdafiəsinin gücləndirilməsi, ordu quruculuğu, ələxsus torpaqlarımızın işğaldan azad edilməsi və digər çoxlu sayda məsələlər öz həllini gözləyirdi. Prezident İlham Əliyev ilk gündən əməli fəaliyyətə başlayaraq möhkəm iradə ortaya qoydu, qarşıda duran məsələlərın çözülməsi istiqamətində mühüm işlər görülməyə başlandı.
Son 18 ilə nəzər saldıqda, rəqəmləri müqayisə etdikdə Azərbaycanın haradan hara gəldiyini, hansı inkişaf mərhələlərindən keçdiyini aydın şəkildə görə bilərik.
Beləki, son 18 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi 2004-cü ildəki 40,2 faizdən 4,9 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsinə enib. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir ki, bu da çox müsbət göstəricidir. Strateji valyuta ehtiyatlarımız 53 milyard dolları ötməklə xarici dövlət borcumuzdan 6 dəfə çoxdur”, – deyə deputat bildirib.
A.Həsənova qeyd edib ki, Prezident İlham Əliyevin apardığı uğurlu və düşünülmüş siyasət nəticəsində Azərbaycan regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilib.
Deputat vurğulayıb ki, Azərbaycanın əld etdiyi bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəyə transformasiya olundu:
“Azərbaycanın sürətli iqtisadi inkişafı ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə imkan verdi, ölkəmiz dünyanın 50 ən güclü ordularından birini yaratmağa nail oldu. 2020-ci il Ermənistan tərəfinin genişmiqyaslı təxribatına cavab olaraq ordumuzun əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi tarixi Zəfərimizlə başa çatdı, Azərbayanın qarşısında duran ən ümdə məsələ, ərazi bütövlüyümüz təmin edildi, 30 illik işğaldan sonra torpaqlarınmız düşmən tapdağından azad edildi.
Azərbaycanda eyni anda iki düşmənlə mübarizə aparırdı. Ölkəmiz Vətən müharibəsində qələbə ilə yanaşı uzun müddətdir ki, qlobal bəlaya çevrilmiş koronavirus pandemiyası ilə də effektiv mübarizə aparmağı bacardı. Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmizin uzun illər ərzində əldə etdiyi sosial-iqtisadi və siyasi güc hər iki sınaqdan alnıaçıq çıxmağa imkan verdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 200 ildə ilk dəfə itirilmiş torpaqlarını geri qaytardı və Azərbaycan regionda yeni reallıq yaratdı. İşğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından dövlətimizin və xalqımızın rifahı üçün tam istifadə olunmasına geniş imkanlar yaranıb. Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da qarşıda duran məsələlərin uğurlu həllinə nail olacaq və ölkəmizin qüdrəti daha da artacaq”, – deyə deputat bildirib.