Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz
Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham
Əliyev Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes
forumunda çıxışı zamanı deyib.
“Biz, həmçinin nəqliyyat sektorunda əməkdaşlıq məsələlərini də
müzakirə etdik. Mən düşünürəm ki, biznes dairələri üçün və
bir-birinə o qədər də yaxın yerləşməyən ölkələrimiz arasında
əməkdaşlıq üçün bu dayanıqlı nəqliyyat yollarının olması çox
önəmlidir”, – deyə Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, biz Azərbaycanda bunun üzərində
uzun illər işləmişik və nəqliyyat şəbəkəsinin şaxələndirilmiş
zəncirini yaratmışıq.
“Mən bunu regionun yeni nəqliyyat xəritəsi adlandırardım,
Qafqazlarda, həmçinin Xəzər dənizi boyu və Asiyada. Coğrafi
yerləşmənin üstünlüklərindən faydalanaraq biz müasir infrastruktur
– dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava
limanları, avtomobil yolları yaratdıq. Biz Şərq-Qərb və Şimal-Cənub
nəqliyyat dəhlizlərinin üzərində yerləşirik. Həmçinin sizə deyə
bilərəm ki, Azərbaycan şimaldan qərbə gedən yükləri də ötürür”, –
deyə Prezident İlham Əliyev bildirib”, – deyə Prezident İlham
Əliyev bildirib.
Onun sözlərinə görə, biz infrastruktura yatırımlar etdik.
“Lakin aydındır ki, qonşu ölkələrlə yaxşı işçi münasibətlər
olmadan heç bir ölkə, xüsusilə də Azərbaycan kimi açıq dənizə
çıxışı olmayan ölkə tranzit ölkəyə çevrilə bilməz. Açıq dənizə
çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Azərbaycanı önəmli
nəqliyyat mərkəzinə çevirdik. Azərbaycanın rolu mütləq şəkildə
artacaq. Çünki bu yaxınlarda nəqliyyat infrastrukturumuzun necə
istifadə edilməsi ilə bağlı qonşularımızdan çox sayda yeni
təkliflər almışıq. Əlbəttə, əvvəlcə dediyim kimi, bu, Litva və
Azərbaycandan olan biznes dairələrinin əməkdaşlığı və
kommunikasiyanın ən yaxşı yollarının tapılması üçün çox önəmli
olacaqdır”, – deyə Prezident İlham Əliyev bildirib.