Prezident İlham Əliyev: ABŞ-ın Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq

Gələcəyə köklənmiş baxış əsasında ABŞ-ın Azərbaycanın sülh
gündəliyini dəstəkləyəcəyinə ümidvarıq.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Amerika
Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə göndərdiyi məktubda
qeyd edib.

Dövlət başçısı bildirib:

“Bu gün Azərbaycan Respublikası xalqın iradəsi və maraqları
əsasında müstəqil siyasət yürüdən dövlətdir. Azərbaycanın tarixi
torpaqlarının işğaldan azad edilməsi ilə Ermənistanın Azərbaycana
qarşı otuz ilə yaxın davam edən hərbi təcavüzünə son qoyulmuş və
ölkəmiz 30 ilə yaxın müddət ərzində icra edilməmiş vəziyyətdə
qalmış BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra
etmişdir. Biz sülhün tərəfdarı olaraq ölkəmizin ərazi bütövlüyü,
suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri
əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa
hazırıq. Gələcəyə köklənmiş baxış əsasında ABŞ-ın Azərbaycanın sülh
gündəliyini dəstəkləyəcəyinə ümidvarıq.

İşğaldan azad edilmiş torpaqlarımızda postmünaqişə dövründə
bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz ABŞ-dan olan
şirkətlərin də bu prosesdə iştirakını görməkdən məmnun olardıq.

İnanıram ki, dost və tərəfdaş olaraq bütün sahələrdə
ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə əhəmiyyətli
potensiala malik əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün
bundan sonra da birgə səylər göstərəcəyik”.

Teqlər: