Prezident İlham Əliyev yeni hərbi hissənin açılışını etdi

Prezident İlham Əliyev yeni hərbi hissənin açılışını etdi

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün (iyunun 25-də) Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov dövlət başçısına raport verdilər.

Hərbi hissədə yaradılan şəraitlə tanış olduqdan sonra İlham Əliyev hərbi hissənin komanda heyəti ilə görüşüb.

Dövlət başçısı görüşdə çıxış edib.