Prezident İlham Əliyev mədəniyyət xadiminə ev bağışladı

Prezident İlham Əliyev mədəniyyət xadiminə ev bağışladı

Dövlət başçısı Azərbaycan Dövlət Kukla Teatrının baş rəssamı İqbal Əliyevə mənzil bağışlayıb.

Bu barədə rəssam şəxsi “Facebook” səhifəsində məlumat verib:

“Nəhayət ki, uzun illərdən sonra mənə də ev qismət oldu. Çox hörmətli İlham Əliyev, dəyərli Mehriban xanım. Sizə minnətdaram, var olun. İnşallah bu sevincin daha böyüyünü Qarabağımızda yaşayarıq. Allahın köməkliyi ilə dövlətimizdəki məmur özbaşınalığının, kasıbın haqqına göz dikən namərdlərin kökünü kəsərsiz. Biz sizə inanırıq və sizinləyik”.