Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bu gün bununla bağlı müvafiq sərəncam imzalayıb.
Hələlik İ. Mehdiyevin yerinə təyinat yoxdur.
Qeyd edək ki, buna səbəb sabiq icra başçısının Hacı Cavad məscidinin əvəzinə yenisi tikilməmişdən əvvəl sökdürməsidir.