Prezident Fərəh Əliyevaya daha bir vəzifə tapşırdı

Prezident Fərəh Əliyevaya daha bir vəzifə tapşırdı

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının yeni tərkibini təsdiq edib.

AzerTimes xəbər verir ki, 10 nəfərlik Himayəçilik Şurasının əvvəlki tərkibindən 3 nəfər çıxarılıb. Bunlar Akif Əlizadə, Etibar Nəcəfov və Tahir Salahovdur.

Əlavə edilən üzvlər isə İsa Həbibbəyli, Fərəh Əliyeva və Nailə Vəlixanlıdır.

Beləliklə, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Etibar Nəcəfovun yerinə Himayəçilik Şurasına PA-nın Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva təyin edilib.

Teqlər: