Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna
arasında vasitəçilik etməyi təklif edib.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident
Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin
Altun öz “Twitter” hesabında yazıb.
“Biz regionumuzda daha bir müharibənin şahidiyik. Prezident
Ərdoğan Rusiya və Ukrayna arasında vasitəçilik etməyi təklif edib,
çünki bizim hər iki ölkə ilə güclü əlaqələrimiz var. O, həmçinin
müttəfiqləri vahid mövqe nümayiş etdirməyə çağırıb”, – Fəxrəddin
Altun bildirib.