Nigeriyada qida sektorundakı ağır vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət elan olunub.
AzerTimes xəbər verir ki, bu barədə ölkə Prezidenti Asivaju Bola Əhməd Tinubu məlumat verib.
“Nigeriyada iyulun 13-dən fövqəladə vəziyyət hökm sürür”, – prezident qeyd edib.
“Bu addımlar Nigeriyanın bütün vətəndaşlarının ərzaq təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Təklif olunan təşəbbüslər ərzaq qiymətlərinin artması problemini həll etməyə, milli kənd təsərrüfatında vəziyyəti yaxşılaşdırmağa kömək edəcək”, – Tinubu vurğulayıb.