Prezident ekoloji terrorla bağlı xəbərdarlıq etdi – “Əsas məsələ”də MÜZAKİRƏ

“Ermənistan işğal dövründə işğal altında olan torpaqların
ekologiyasına da böyük zərər vurmuşdur və mən həmin rəqəmləri
səsləndirmişdim. Əlli-altmış min hektar meşə ilə örtülü sahə
tamamilə məhv edilmişdir. Biz bunu peyk vasitəsilə müşahidə
edirdik. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında
meşələrin kütləvi surətdə qırılması prosesi gedirdi. Yəni, bu,
faktiki olaraq vəhşilik və talançılıqdır. Ermənistanın işğal
dövründə çirkin əməllərini təsvir etmək üçün, hesab edirəm ki, bu
iki ifadə ön planda olmalıdır – vəhşilik və talançılıq. Zəngilanda
da bu mənfur işlər görülmüşdür və bunun nəticəsində təbiətə çox
böyük ziyan vurulmuşdur”.

AzerTimes-ın məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Prezidentin Zəngilan rayonunun
xüsusi nümayəndəsini qəbul edərkən ekoloji terrorla bağlı
xəbərdarlığı, bu problemin beynəlxalq hüquqi baxımdan məsuliyyəti”
mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb.
Verilişin qonaqları – siyasi şərhçilər Sahil İskəndərov, Kamil
Səlimov və Xalid Kərimli mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=k-0v-GA2qgE

Teqlər: