Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi dəstəyə görə Pakistana minnətdarlığını bildirib.
AzerTimes xəbər verir ki, dövlət başçısı bu barədə noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edərkən deyib.
Dövlətimizin başçısı torpaqlarımızın işğaldan azad olunması kimi tarixi missiyanı başa çatdırdığımızı, suverenliyimizin tam bərpa olunduğunu, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma işlərinə başlanıldığını məmnunluqla bildirib.