Prezident daha iki yolun təmiri üçün sərəncam imzaladı

Prezident daha iki yolun təmiri üçün sərəncam imzaladı

Prezident İlham Əliyev Astara rayonunun Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisinin başa çatdırılması məqsədilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.