Prezident daha 6 fərman, 2 sərəncam imzaladı

Prezident daha 6 fərman, 2 sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda və 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

AzerTimes fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426, № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862; 2020, № 3, maddələr 238, 240, № 4, maddə 404, № 7, maddələr 864, 885, № 8, maddə 1041, № 9, maddə 1153; 2021, № 6 (I kitab), maddə 566, № 7, maddələr 724, 728, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 313, 323, № 8, maddə 896, № 10, maddə 1146, № 11, maddələr 1267, 1269, № 12, maddələr 1414, 1462, 1464; 2023, № 1, maddə 97; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 fevral tarixli 2018 nömrəli və 30 mart tarixli 2079 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 12.0-cı bəndinə “onun müavinləri,” sözlərindən sonra “Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin rəisi, onun müavini,” sözləri əlavə edilsin və həmin bənddən “, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəisləri, onların müavinləri” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33, № 6 (I kitab), maddə 566, № 8, maddə 921, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 305, 306, 323, 329, № 7, maddə 728, № 10, maddə 1146, № 11, maddələr 1251, 1267, 1269; 2023, № 1, maddələr 66, 97; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2051 nömrəli və 30 mart tarixli 2079 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 75-ci hissəsinə “onun müavinləri,” sözlərindən sonra “Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin rəisi, onun müavini,” sözləri əlavə edilsin və həmin hissədən “, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəisləri, onların müavinləri” sözləri çıxarılsın.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 371 nömrəli, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 5 oktyabr tarixli 794 nömrəli, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 9 avqust tarixli 277 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 21 yanvar tarixli 482 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deylir:

1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 371 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 511; 2003, № 10, maddə 546; 2004, № 1, maddə 19; 2006, № 9, maddə 743; 2007, № 5, maddə 459; 2017, № 3, maddə 353; 2021, № 1, maddə 35, № 6 (I kitab), maddə 567; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2053 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”da aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bəndin “İcraçı orqan” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;

1.2. 2.9-cu bəndin “Tədbirlər” sütununda “verilişləri” sözü “proqramları” sözü ilə əvəz edilsin.

2. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 794 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 590; 2005, № 2, maddə 69; 2006, № 11, maddə 947; 2008, № 9, maddə 798; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2015, № 9, maddə 995; 2016, № 8, maddə 1384; 2017, № 8, maddə 1521; 2018, № 12 (I kitab), maddə 2542; 2020, № 5, maddə 539, № 6, maddə 715) 6-cı hissəsi ləğv edilsin.

3. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 709; 2006, № 5, maddə 404, № 11, maddə 947; 2007, № 6, maddə 601; 2009, № 4, maddə 226; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384; 2017, № 3, maddələr 374, 382, № 6, maddələr 1066, 1095, № 8, maddə 1521, № 12, maddə 2322; 2018, № 6, maddə 1237; 2019, № 7, maddə 1215; 2020, № 8, maddə 1033; 2022, № 5, maddə 471, № 8, maddələr 840, 894; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 yanvar tarixli 2005 nömrəli və 4 fevral tarixli 2022 nömrəli fərmanları) 2.7-ci bəndində “Milli Televiziya və Radio” sözləri “Audiovizual” sözü ilə, “öz səlahiyyətləri daxilində” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 172; 2012, № 2, maddə 68, № 5, maddə 426, № 9, maddə 851, № 12, maddə 1248; 2013, № 9, maddə 1063; 2014, № 9, maddə 1033; 2016, № 2 (II kitab), maddə 236; 2017, № 3, maddə 383, № 10, maddə 1782, № 11, maddə 2022; 2018, № 5, maddə 971; 2019, № 3, maddə 395; 2020, № 1, maddə 12, № 10, maddə 1246, № 11, maddə 1363; 2021, № 7, maddə 743; 2022, № 12, maddə 1442) ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 2.9-cu bəndində “Milli Televiziya və Radio” sözləri “Azərbaycan Respublikası Audiovizual” sözləri ilə əvəz edilsin.

5. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 yanvar tarixli 482 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 72; 2020, № 3, maddə 242; 2021, № 6 (I kitab), maddə 573; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2052 nömrəli Fərmanı) 3.12-ci bəndində “Milli Televiziya və Radio” sözləri “Audiovizual” sözü ilə əvəz edilsin.

6. “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622; 2020, № 1, maddə 12, № 4, maddə 424, № 6, maddə 708; 2021, № 2, maddə 119, № 5, maddə 452, № 6 (I kitab), maddə 574; 2022, № 2, maddə 116, № 4, maddə 305, № 8, maddə 848, № 12, maddə 1436) aşağıdakı dəyişikliklər edilsin:

6.1. həmin Fərmanla təsdiq edilmiş Əlavə 1 – “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 22-ci hissəsində “Milli Televiziya və Radio” sözləri “Azərbaycan Respublikası Audiovizual” sözləri ilə əvəz edilsin;

6.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə 2 – “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 54-cü hissəsində “Milli Televiziya və Radio” sözləri “Azərbaycan Respublikası Audiovizual” sözləri ilə əvəz edilsin;

6.3. həmin Fərmanla təsdiq edilmiş Əlavə 3 – “Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 14-cü hissəsində “Milli Televiziya və Radio” sözləri “Azərbaycan Respublikasının Audiovizual” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 8 fevral tarixli 277 nömrəli, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2002-ci il 11 may tarixli 699 nömrəli, “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 5 oktyabr tarixli 795 nömrəli, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” 2005-ci il 11 aprel tarixli 220 nömrəli, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2005-ci il 3 iyun tarixli 245 nömrəli və “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 104 nömrəli fərmanlarının ləğv edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 92; 2003, № 10, maddə 585; 2004, № 1, maddə 24; 2008, № 5, maddə 359; 2009, № 8, maddə 627; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2015, № 11, maddə 1312; 2016, № 4, maddə 675, № 8, maddə 1384; 2017, № 8, maddə 1521; 2019, № 2, maddə 230, № 3, maddə 393) ləğv edilsin.

2. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 may tarixli 699 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 266) ləğv edilsin.

3. “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 795 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 591; 2005, № 3, maddə 173, № 4, maddə 295; 2008, № 10, maddə 888; 2009, № 2, maddə 78; 2010, № 3, maddə 189; 2011, № 2, maddə 79; 2015, № 2, maddə 118, № 9, maddə 993; 2018, № 5, maddə 949; 2020, № 5, maddə 539, № 6, maddə 715) ləğv edilsin.

4. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 11 aprel tarixli 220 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 295; 2007, № 8, maddə 766, № 11, maddə 1114) ləğv edilsin.

5. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 245 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 482) ləğv edilsin.

6. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 104 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 416; 2015, № 9, maddə 994) ləğv edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli 832 nömrəli, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli, “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2009-cu il 6 avqust tarixli 429 nömrəli, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli və “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli 2837 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli 832 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 409; 2004, № 1, maddə 19; 2006, № 9, maddə 743; 2020, № 8, maddə 1064; 2021, № 1, maddə 81; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 3782 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 24-cü hissənin “Tədbirlər” sütununda “Kütləvi informasiya vasitələrində” sözləri “Mediada” sözü ilə, “İcra orqanları” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;

1.2. 36-cı hissənin “Tədbirlər” sütununda “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə, “İcra orqanları” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1138; 2008, № 1, maddə 9, № 3, maddə 168; 2009, № 12, maddə 1043; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 3, maddə 353; 2019, № 2, maddə 257; 2021, № 1, maddə 77; 2022, № 12, maddə 1512; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 3782 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın 47-ci hissəsinin “Tədbirlər” sütununun birinci cümləsində “Kütləvi informasiya vasitələrində” sözləri “Mediada” sözü ilə, ikinci cümləsində “KİV” akronimi “Media” sözü ilə və “İcra orqanları” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin.

3. “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 637; 2011, № 12, maddə 1161; 2013, № 6, maddə 703, № 9, maddə 1088; 2014, № 4, maddə 404, № 7, maddə 864; 2016, № 4, maddələr 738, 750; 2018, № 1, maddə 99; 2019, № 9, maddə 1487; 2020, № 3, maddə 304) 1-ci hissəsində “Milli Televiziya və Radio” sözləri “Audiovizual” sözü ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1217; 2012, № 12, maddə 1322; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 3, maddə 353; 2018, № 11, maddə 2378; 2019, № 2, maddə 257, № 5, maddə 877; 2020, № 8, maddə 1064; 2021, № 6 (I kitab), maddə 607, № 8, maddə 947; 2022, № 8, maddə 909; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 3782 nömrəli Sərəncamı) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4-cü hissədə “Milli Televiziya və Radio” sözləri “Audiovizual” sözü ilə əvəz edilsin;

4.2. həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” üzrə:

4.2.1. 2.22-ci bəndin birinci abzasında “Kütləvi informasiya vasitələri” sözləri “Media subyektləri” sözləri ilə, ikinci abzasında “Milli Televiziya və Radio” sözləri “Audiovizual” sözü ilə əvəz edilsin;

4.2.2. 6.3-cü bənddə “kütləvi informasiya vasitələrinin” sözləri “medianın” sözü ilə, “verilişləri” sözü “proqramları” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 391; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384; 2017, № 8, maddə 1521; 2022, № 8, maddə 909, № 12, maddə 1515; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 3782 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın “6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 6.2.3-cü yarımbəndin “Tədbirin adı” sütununda “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə, “İcraçılar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;

5.2. 6.5-ci bənddə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;

5.3. 6.5.1-ci yarımbəndin “Tədbirin adı” sütununda “Kütləvi informasiya vasitələrində” sözləri “Mediada” sözü ilə, “İcraçılar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;

5.4. 6.5.2-ci yarımbəndin “Tədbirin adı” sütununda “verilişlərində, yazılı və elektron mətbuatda” sözləri “proqramlarında, çap və onlayn mediada” sözləri ilə, “teleradio şirkətləri və kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə, “İcraçılar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;

5.5. 6.5.4-cü yarımbəndin “Tədbirin adı” sütununda “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə, “verilişlərinin” sözü “proqramlarının” sözü ilə, “İcraçılar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 27 dekabr tarixli 852 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2019-cu il 22 iyul tarixli 1334 nömrəli, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 22 iyul tarixli 2173 nömrəli, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli və “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2701; 2021, № 6 (I kitab), maddə 606; 2022, № 5, maddə 532, № 8, maddə 912; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 3781 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın “7. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 7.1.9.1-ci yarımbəndin “Tədbirin adı” sütununda “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə, “Digər icraçı qurumlar” sütununda “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu” sözləri “Medianın İnkişafı Agentliyi” sözləri ilə əvəz edilsin;

1.2. 7.4.1.1 – 7.4.1.6-cı yarımbəndlərin “Digər icraçı qurumlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;

1.3. 7.4.1.2-ci və 7.4.1.5-ci yarımbəndlərin “Tədbirin adı” sütununda “verilişlərinin” sözü “proqramlarının” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1276; 2020, № 12 (III kitab), maddə 1537; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 3781 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın “4. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.4.21-ci, 4.4.23-cü və 4.4.30-cu yarımbəndlərin “İcraçı orqanlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;

2.2. 4.4.28-ci yarımbəndin “Tədbirin adı” sütununda “televiziya və radio proqramlarında xüsusi verilişlərin” sözləri “xüsusi televiziya və radio proqramlarının” sözləri ilə, “İcraçı orqanlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;

2.3. 4.4.31-ci yarımbəndin “Tədbirin adı” sütununda “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə, “İcraçı orqanlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;

2.4. 4.4.38-ci yarımbəndin “Tədbirin adı” sütununda “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə, “İcraçı orqanlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 937; 2022, № 5, maddə 530; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 3782 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın “4. Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.2.1-ci və 4.8.4-cü yarımbəndlərin “İcraçı orqanlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;

3.2. 4.2.3-cü yarımbəndin “Tədbirin adı” sütununda “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə, “İcraçı orqanlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;

3.3. 4.2.6-cı yarımbəndin “Tədbirin adı” sütununda “Kütləvi informasiya vasitələrinin” sözləri “Medianın” sözü ilə əvəz edilsin;

3.4. 4.8.1-ci yarımbəndin “Tədbirin adı” sütununda “verilişlərin” sözü “proqramların” sözü ilə, “İcraçı orqanlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1374; 2021, № 8, maddə 946; 2022, № 5, maddə 534; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 3782 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın “5. Fəaliyyət Planının icrası üçün Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 5.1.13-cü və 5.3.10-cu yarımbəndlərin “İcraçı qurumlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;

4.2. 5.3.9-cu yarımbəndin “Tədbirin adı” sütununda “kütləvi informasiya vasitələrini” sözləri “media subyektlərini” sözləri ilə, “İcraçı qurumlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;

4.3. 5.4.3-cü yarımbəndin “Tədbirin adı” sütununda “verilişləri” sözü “proqramları” sözü ilə, “İcraçı qurumlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;

4.4. 5.4.13-cü yarımbəndin “Tədbirin adı” sütununda “teleradio” sözü “audiovizual media” sözləri ilə, “İcraçı qurumlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;

4.5. 5.4.17-ci yarımbəndin “İcraçı qurumlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Medianın İnkişafı Agentliyi” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1375; 2021, № 6 (I kitab), maddə 607; 2022, № 5, maddə 534; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 3782 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın “12. Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 12.2.5-ci yarımbəndin “Tədbirin adı” sütununda “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə, “İcraçılar” sütununda “Milli Televiziya və Radio” sözləri “Audiovizual” sözü ilə əvəz edilsin;

5.2. 12.6.4-cü yarımbəndin “İcraçılar” sütununda “Milli Televiziya və Radio” sözləri “Audiovizual” sözü ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 812-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də, 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 87; 2015, № 8, maddə 910; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 377, № 10, maddə 1778; 2018, № 10, maddə 2001; 2019, № 5, maddə 857; 2020, № 6, maddə 707; 2021, № 5, maddə 450; 2022, № 7, maddə 754, № 8, maddələr 844, 881) ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 3.4.14-cü yarımbəndinin ikinci cümləsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin və həmin yarımbəndin 4-cü abzası aşağıdakı redaksiyada verilsin:

“4. media subyektinin adı, məlumatın yayılma tarixi;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 590, № 12, maddə 1405; 2022, № 10, maddə 1135) ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nin 3.1.20-ci yarımbəndində “verilişlərinin” sözü “proqramlarının” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 812-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “İpoteka haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Dərman vasitələri haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Dövlət borcu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 813-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1046; 2022, № 8, maddə 874) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın 2.21-ci bəndinin birinci cümləsində “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “İpoteka haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Dərman vasitələri haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Dövlət borcu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 813-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 811-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 20 noyabr tarixli 354 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41; 2019, № 1, maddə 95, № 6, maddə 1027, № 11, maddə 1702, № 12, maddə 1929; 2020, № 3, maddə 231, № 4, maddə 407, № 8, maddə 1044; 2021, № 6 (I kitab), maddə 593, № 12, maddələr 1356, 1430; 2022, № 5, maddə 459, № 11, maddə 1264) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.14-cü yarımbəndindən “38-ci,” sözləri çıxarılsın.

2. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027, № 12, maddə 1921; 2020, № 1, maddə 5, № 2, maddə 100, № 8, maddə 1039, № 11, maddə 1357; 2021, № 1, maddə 30, № 6 (I kitab), maddələr 579, 593, № 8, maddə 908, № 12, maddələr 1369, 1416; 2022, № 4, maddələr 305, 306, № 5, maddələr 443, 448, № 10, maddə 1136, № 12, maddə 1438; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 yanvar tarixli 2001 nömrəli, 20 fevral tarixli 2037 nömrəli və 10 mart tarixli 2064 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nin 3.1.61-ci yarımbəndində “kütləvi informasiya resursları” sözləri “media” sözü ilə əvəz edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 13-cü hissəsinin “Göstərdiyi xidmətlər” sütununun 6-cı bəndi ləğv edilsin.

3. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 noyabr tarixli 354 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2267; 2019, № 6, maddə 1008; 2022, № 5, maddə 462) 3.2-ci bəndində “teleradio” sözü “televiziya və radio” sözləri ilə, “Milli Televiziya və Radio” sözləri “Azərbaycan Respublikasının Audiovizual” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 811-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

Teqlər: