Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.
AzerTimes xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma qoruq ərazisində görülən işlər barədə məlumat verildi.