17:50
Arif Baloğlan oğlu Məmmədov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
AzerTimes xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə o, Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.