Prezident aksiyada polisin önünü kəsdi: Kimə xidmət edirsiz?

Prezident aksiyada polisin önünü kəsdi: Kimə xidmət edirsiz?

Xəbər verdiyimiz kimi, Tiflisdə başlayan kütləvi aksiyaya Prezident Salome Zurabişvili də qoşulub.

AzerTimes xəbər verir ki, prezident əraziyə cəlb edilən xüsusi təyinatlıların qarşısında dayanıb və onlara müraciət edib.

“Rusiyaya, yoxsa Gürcüstana xidmət edirsiniz? Siz kimə and içmisiniz? Mənə cavab maraqlıdır. Siz öz prezidentinizə cavab vermirsiniz”, – Zurabişvili bildirib.

Zurabişvili onları övladlarının gələcəyini düşünməyə çağırıb.

Xüsusi təyinatlılar isə prezidentə cavab verməyiblər.

Zurabişvili bir neçə təhlükəsizlik işçisi, etirazçılar və onlarla jurnalistin müşayiəti ilə ərazini tərk edib.

Gürcüstan mediası bu anı tarixi adlandırıb, çünki prezidentin xüsusi təyinatlılarla nümayişçilər arasında dayanması presedenti olmayıb.

Teqlər: