Prezident Administrasiyasının yeni Vətəndaş Qəbulu Mərkəzinə bu avtobuslar gedir (SİYAHI)

Prezident Administrasiyasının yeni istifadəyə verilən Vətəndaş
Qəbulu Mərkəzinə gedən marşrut avtobusları açıqlanıb.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər.

Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79
ünvanında yerləşən mərkəzə metronun “İnşaatçılar” stansiyasından
17, “N.Nərimanov” stansiyasından 24, “28 May” stansiyasından 27, “20 Yanvar” stansiyasından isə 211 nömrəli marşrut gedir.

Bundan başqa 2, 7A, 7B, 93 nömrəli müntəzəm marşrut xətləri üzrə
hərəkət edən avtobuslar da Mərkəzin yaxınlığından keçir.

Qeyd edək ki, mart ayının 28-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş
Qəbulu Mərkəzinin açılışında iştirak edib. Mərkəzdə həm ilk dəfə
qəbula gələn, həm də əvvəlcədən qəbula yazılan vətəndaşlar üçün iki
qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə
qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla
və müraciət edə biləcəklər.

Teqlər: