Prezident açıqladı: Üsyançılar kütləvi hücuma keçir

Prezident açıqladı: Üsyançılar kütləvi hücuma keçir

Mozambik ordusu bu gün səhər saatlarında ölkənin şimalındakı Makomiya şəhərinə kütləvi hücuma keçən üsyançılarla mübarizə aparır.

AzerTimes xəbər verir ki, bu barədə Mozambik Prezidenti Filipe Nyusi televiziya ilə çıxışında bildirib.

Qeyd edək ki, şəhər 2017-ci ildə İŞİD ilə əlaqəli olan silahlıların qiyam qaldırdığı, qazla zəngin Kabo Delqadu əyalətində yerləşir.

Aktiv təhlükəsizlik tədbirlərinə baxmayaraq, bu ilin yanvarından gərginlik artmaqdadır.

Təhlükəsizlik xidmətlərindəki iki mənbə son hücumda, ehtimal ki, yüzlərlə yaraqlının iştirak etdiyini bildirib.

Bugünkü hücum son vaxtlar bölgədə silahlıların ən ciddi hücumu olub.

Teqlər: