Özbəkistanda Qaraqalpaqıstan Muxtar Respublikasında baş verən iğtişaşlar zamanı dinc sakinlər və hüquq-mühafizə orqanları əməkdaşları arasında ölən və yaralananlar olub.
AzerTimes xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şövkət Mirziyayev muxtar respublikasının deputatları, aktivistləri ilə görüşündə bildirib.
“Hökumət binaları və mühafizə olunan obyektlərə hücumlar olub. Təəssüf ki, dinc sakinlər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itkilər var”, – o deyib.
Prezident yaralananların və ölənlərin sayını açıqlamayıb.
Mirziyayev qeyd edib ki, bəzi qüvvələr konstitusiya islahatlarına etiraz bəhanəsi ilə zorakılıq yolunu seçiblər.
“Onlar saxta məlumatlar yayırlar, cəmiyyətdə sabitliyi pozmaq, ərazi bütövlüyünü pozmaq məqsədilə vətəndaşları Konstitusiyanı pozan fəaliyyətlərə cəlb edirlər”, – deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, muxtar respublikasının mərkəzi Nukus şəhərində fövqəladə vəziyyət elan edilmişdi.