Prezident ABŞ-dadır, ölkəsində çevriliş başladı

Prezident ABŞ-dadır, ölkəsində çevriliş başladı

22:24

Mərkəzi Afrika ölkələrindən biri olan Konqoda dövlət çevrilişinə cəhd edilib.

AzerTimes xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, ölkə Prezidenti Sassu Nqessonun BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-dadır. Hərbçilər Brazzavildəki obyektləri ələ keçirməyə cəhd edirlər.

Təsdiqlənməmiş məlumatlara görə, çevrilişin arxasında Prezident Qvardiyasının generalı Serj Oboah dayana bilər.

***

Konqo hökumətinin sözçüsü Tyerri Lezen Munqala ölkə ərazisində hərbi çevrilişin olması barədə yayılan xəbərləri təkzib edib.

O, bu barədə X şəbəkəsində yazıb.

Munqala bildirib ki, paytaxt Brazzavildə sabitlikdir.

Teqlər: