Prezident 251 saylı məktəbin yeni korpusunun açılışda iştirak etdi

Prezident 251 saylı məktəbin yeni korpusunun açılışda iştirak etdi

Ölkə başçısı növbəti dəfə orta məktəblərin əsaslı təmirindən sonra yenidən açılış silsiləsi olaraq, 251 saylı orta məktəbin yeni korpusunun açılışında iştirak edib.

251 saylı orta məktəb öncələri rus təmayüllü və geniş şagird kütləsi olan məktəblərdəndir.
Təhsil ocağı Nizami rayonu, 8-ci km-də yerləşir.

Prezident açılışdan dərhal sonra məktəbin müxtəlif (kompüter otaqları, hərbi sinif, kimya laboratoriyaları) tədris otaqları ilə tanış olub.

Qeyd edək ki, məktəb bütün lazımi yeni və müasir avadanlıqlarla və mebellərlə təhciz olunub.

251 saylı məktəbin bütün kollektivi adından çıxış edən tədris ocağının direktoru Aygün Ələfsərova Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildirdi.

Ölkə başçısı ziyarətinin sonunda müəllimlərə, şagirdlərə salamının çatdırılmasını istədi.