Premyer Liqada komanda məşqləri başlayır

Premyer Liqada komanda məşqləri başlayır

İngiltərə Premyer Liqasının rəhbərliyi Premyer Liqa klublarına məşq etmək üçün icazə verib.
Komandalar artıq kollektiv şəkildə məşq edə və heç bir ara məsafəsini qorumadan top uğrunda mübarizə apara bilərlər.

Futbolçuların və məşqçilər heyətinin həftədə 2 dəfə koronavirus testindən keçəcəkləri bildirilir. Qərar səhiyyə təşkilatları və yerli hökumətlə məsləhətləşmədən sonra qəbul edilib.

Qeyd edək ki, virus pandemiyası səbəbindən martda dayandırılan İngiltərə Premyer Liqasının gələn ay bərpa olunması gözlənilir.