Ölkəmizdə 15 sentyabrdan etibarən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik tətbiq ediləcək.
“Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN təşkil edəcək.
Ölkəmizdə premium və super markalı benzinin qiymətinin artmasına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər olduğunu vurğulayan SOCAR şirkətinin rəsmiləri hər-halda uzun illərdir Avropa yanacaq bazarında qiymətlərin dəyişməməsi barədə xəbərləri olmadığından qeyri-doğru bəhanə uydurduqları ağıla sığan deyil.
Uzun illərdir dünyaya neft və neft yanacaqlarını ixrac edən Azərbaycanın Dövlət Neft Şirkəti hələdə Aİ-92 markalı benzindən başqa, daha keyfiyyətli benzinləri istehsal edə bilmir.
Milyardlarla qazancı olan, dünyanın ilk sənaye neft istehsalçısı olan bir ölkə hələ də həftə aşırı qiymətlərin artması ilə cəmiyyəti şoka salır.
Aİ-95 markalı benzinin istehsal edə bilməyəcək qüdrətdə olan bir Neft Şirkəti bu cəmiyyətə lazım deyil.
Bu işə əncam verilməsinin artıq vaxtı gəlib.