Prays Ermənistanla bağlı bu sualdan yayındı

Prays Ermənistanla bağlı bu sualdan yayındı

ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays Ermənistan-Rusiya münasibətləri ilə bağlı sualdan yayınıb.

AzerTimes xəbər verir ki, bu mövzuda Ned Praysa brifinqdə sual ünvanlanıb.

“Ermənistan Rusiyanın rəhbərliyi ilə keçiriləcək hərbi təlimlərdən imtina edib. Bundan öncə isə Ermənistan rəsmiləri Ermənistana Rusiya-Belarus İttifaq Dövlətinə daxil olmaq üçün təzyiq edildiyini bildirmişdilər. Sizcə, Rusiya Cənubi Qafqazda nə etməyə çalışır?” sualını Ned Prays belə cavablandırıb:

“Mən bu sualı Ermənistan rəhbərliyinə yönəltmək istərdim ki, onlar bu məsələdə mövqelərini bildirsinlər”.

Teqlər: